"Bank Respublika"nın aktivləri 2 milyard manatı ötüb | Banco.az

"Bank Respublika"nın aktivləri 2 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin ən böyük banklarından biri olan "Bank Respublika" 2023-cü ilin dördüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə "Bank Respublika"nın xalis mənfəəti 2023-cü ildə 13 milyon 601 min manat 51% artaraq 40,3 milyon manata çatıb.

2022-ci ildə bu göstərici 26,6 milyon manata bərabər olub.

Bankın aktivləri isə ötən il 546 milyon 119 min manat və ya 34,5% artaraq 2,1 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

2023-cü ildə bankın depozit portfeli illik müqayisədə 49,5% artaraq 1,4 milyard manata çatıb. Bankın kredit portfeli isə 1 milyard 174 milyon 229 min manata yüksəlib ki, bu da 2022-ci illə müqayisədə 22% artım deməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram