Bank Respublika taksit kartını təqdim etdi | Banco.az

Bank Respublika taksit kartını təqdim etdi

Bank Respublika hissə-hissə ödəniş funksiyalı “PayKart KREDİT” kartını təqdim etdi.

Bank Respublika-nın Paykart KREDİT adlı yeni kredit məhsulu alış-veriş zamanı hissə-hissə ödəniş etmək və zərurət yarandığı hallarda nağd pul vəsaitini əldə etmək imkanlarını yaradan, bərpa olunan kredit xəttli bank kartıdır.

Tanınmış brendlərdən ibarət geniş partnyor şəbəkəsi ilə yanaşı, yeni məhsul həmin şəbəkəxaricində ticarət məntəqələri seçimində alıcılara tam şəkildə sərbəstlik və istənilən zaman nağd pulun çıxarılmasını təklif edir.

MasterCard ödəniş sisteminin bazasında yaradılan bu kart, həmçinin xaricdə dünyanın 200-dən artıq ölkəsində kreditlə alış-veriş imkanı verir.

  • Partnyor şəbəkəsində faizsiz alış-veriş (PayPartner opsiyası)

PayKart KREDİT kartı ilə partnyor şəbəkəsində aparılan alışların ödənilməsi kart sahibinin istəyi ilə bərabər hissələrlə 3,6,9 və 12 aya bölünə bilər. Həmçinin partnyor şəbəkəsində aparılan alış-veriş tamamilə faizsiz elan edilir.

  • Partnyor şəbəkəsində kreditlə alış-veriş (PayClient opsiyası)

İstədiyiniz opsiya mövcud olmadıqda, konkret alış-veriş zamanı ödənişi 12 ay müddətinə bölmək imkanı verən PayClient opsiyasını seçmək olar.

Ən sərfəli kredit üçün müraciət et

  • Parnyor şəbəkəsindən xaric alış-veriş (“PayFree” və“PayTravel” opsiyaları)

Partnyor şəbəkəsindən xaric və xarici ölkələrdə MasterCard ödəniş sisteminin kartları keçərli olan satış məntəqələrində aparılan alışların ödənişi avtomatik qaydada 12 aya bölünəcək. Analoji ödənişlər kreditlə, müqavilədə göstərilmiş mövcud faiz dərəcəsinə uyğun həyata keçirilir.

  • Nağd vəsaitlərin çıxarılması ("PayCash"opsiyası)

Kartın PayCash opsiyası istənilən vaxt istər Azərbaycanda istər xaricdə pul vəsaitinin nağdlaşdırılmasına imkan verir. Bu opsiya həmçinin ödənişin 12 aya bölünməsini nəzərdə tutur və əlavə faizin nəzərə alınması ilə təqdim edilir. Burada nağdlaşdırılma üçün nəzərdə tutulan maksimal limit ümumi kredit xəttinin 30% təşkil edir.

Paykart Kredit kartını əldə etmək üçün gəlirlər haqqında arayış və ya kart hesabından çıxarışın təqdim edilməsi tələb olunur. Kart 5 il müddətinə 10 000 manatlıq maksimal kredit xətti ilə müştərilərə verilir.

Yeni kart müvəqqəti olaraq yalnız bankın mövcud və müsbət kredit tarixçəsi olan müştərilərinə verilir və yaxın zamanda bu məhsuldan digər müştərilər də faydalana biləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et