Bank Respublika “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürdü | Banco.az

Bank Respublika “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürdü

Ölkənin aparıcı banklarından biri Bank Respublika, azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini verdi.

Bank, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı əsasında yaradılan “Qarabağ Dirçəliş Fondu”na öz dəstəyini göstərib.

Hər zaman olduğu kimi dövlətimizin və xalqımızın yanında olduğunu bəyan edən Bank Respiblika “Qarabağ Dirçəliş Fonduna” 200 000 manat məbləğində pul köçürüb.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et