Bank Respublika-nın aktivləri 7%-dək artıb | Banco.az

Bank Respublika-nın aktivləri 7%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin ən böyük banklarından biri olan Bank Respublika 2025-ci ilin birinci rübündə 14 milyon 473 min manat xalis mənfəət əldə edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,1% artıqdır.

2024-cü ilin yanvar-mart aylarında bankın xalis mənfəəti 13 milyon 512 min manata bərabər idi.  

Bank Respublika-nın aktivləri isə illik müqayisədə 138 milyon 799 min manat və ya 6,6% artaraq 31 mart 2025-ci il tarixinə 2 milyard 238 milyon 998 min manata yüksəlib. Bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Hesabat dövründə bankın kredit portfeli 1 milyard 499 milyon 861 min manat, depozit portfeli isə 1 milyard 212 milyon 241 min manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram