Bank Respublika ilk rübü 492 min manat zərərlə başa vurub, bu haqda Banco.az portalı bankın “Mənfəət və zərər” haqqında hesabatına istinadən məlumat verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın faiz gəlirləri 33% azalaraq, 11,928 mln manatdan 7,931 mln manata enmişdir. Bankın qeyri faiz gəlirlərində isə 22% civarında artım olub və bu göstərici 7,247 mln civarında formalaşıb. Bank müsbət xalis əməliyyat mənfəəti 2,213 mln qazanmış olsa da, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar nəticəsində, rübü 492 min manat zərərlə bitirib.
Bununla yanaşı BanK Respublikanın cəmi aktivlərində və kredit portfelində 2016-ci ilin sonuna olan nəticələr ilə müqayisədə azalmalar qeydə alınıb. Üç ay müddətində bankın kredit portfeli 12%, depozit portfeli isə 6% azalıb. Daha ətraflı diaqramda tanış ola bilərsiniz.
Könül Soltanova.Banco.az