Bank Respublika: 2013-2014 | Banco.az

Bank Respublika: 2013-2014

Bank Respublikanın xalis kredit portfelinin 8,96% böyüyüb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az məlumat verir. 

Bank Respublika 2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb.  Ötən 1 il ərzində Bankın məcmu kapitalı 4,87% azalaraq, 63,086 milyon manata enib. Bankın aktivlərinin həcmi isə, ümumilikdə, 5,86 % artıb və beləliklə, hazırda 509,767 milyon manat təşkil edir.

2013-cü illə müqayisədə Bankın overdraflar da daxil olmaqla cəmi kredit portfeli 7,44 %, xalis kredit porfeli isə 8,96% artmışdır.

Bununla yanaşı Bankın məqsədli ehtiyyatlarının həcmi də əhəmiyyətli dərəcədə yüksəlmişdir.  2013-cü ildə Bankın kreditlər üzrə yaratdığı məqsədli ehtiyyatların həcmi 2,196 mln manat olmuşdursa, 2014-cü ildə bu rəqəm 7,777 mln-a çatmışdır.

Copy: | Create infographics

Ən sərfəli kredit üçün müraciət et

Başa çatmış il ərzində Bankın faiz gəlirləri 26,86 %  artdığı halda, qeyri faiz gəlirləri 22,02% azalıb. Bankın faiz xərclərində artım  19,54%, qeyri faiz xərclərində isə  13,74% artıb. Beləliklə Bankın xalis mənfəəti 11, 021 milyon manat təşkil edib ki, bu da ötən ildən 1,50% daha azdır.

Daha ətraflı şəkildə infoqramda izləyə bilərsiniz.

 

Copy: Copy: | Create infographics

 

Copy: |Create infographics