Bank personalının idarəetməsinin spesifik xüsusiyyətləri | Banco.az

Bank personalının idarəetməsinin spesifik xüsusiyyətləri

Bank personalının idarə edilməsinin özünün fərqləndirici xüsusiyyətləri vardır. Bankçılıq fəaliyyəti böyük miqdarda işçi heyəti tələb edir, bu da həyata keçirilən əməliyyatların və sövdələrin rəngarəngliyi və bol çeşidliliyi ilə bağlıdır. Bank işçilərindən ibarət iri bir kollektivi idarə edilməsi müxtəlif maraqları nəzərə almaqla həyata keçirilməlidir.

Bank işçilərinin əsas xüsusiyyəti onların  mütləq şəkildə yüksək peşəkarlığa malik olmasında özünü göstərir. Bankda həyata keçirilən bəzi əməliyyatlar həmin əməliyyatı həyata keçirən bank işçisindən yetərincə səlahiyyət tələb edir, bank işçisi həmin əməliyyatı həyata keçirmək hüququ verən sənədə (şəhadətnamə, etibarnamə və s ) malik olmalıdır, onun bu səlahiyyətləri sənədlərdə öz əksini tapmalıdır. Ona görə işçilərin bu sənədlərə vaxtında sahib olması prosesini izləmək lazım gəlir. Bank işi olduqca böyük məsuliyyət tələb edir və bəzən bu məsuliyyət maddi və texniki cəhətdən təşkil etmək təl.əb olunur Bundan ötrü bank əməkdaşlarının fəaliyyətinin təşkili və onların fəaliyyətinə nəzarət ciddi şəkildə qurulmalıdır. Bütün iş prosesi ərzində pul vəsaitlərinin və eləcə də digər maddi dəyərlərinin təhlükəsizliyi təmin olunmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Müasir zamanda bank fəaliyyətini informasiya və kompüter texnologiyalarının inkişafından ayrı şəkildə təsəvvür etmək olmaz. Yeni və daimi işçilərə bank əməliyyatlarını daha səmərəli həyata keçirmək üçün effektiv proqramlarının tədrisi və təlimlərin keçirilməsi  xeyli müddət, enerji və vəsait tələb edir.

Bank personalının idarə edilməsi bəzi informasiyaların müəyyən qrup mütəxəssislər üçün qapalı qalması ilə xarakterizə olunur. Bir sıra hallarda əməkdaşların müəyyən hissəsinə bankın müəyyən zonalarına giriş qadağa olunur və ya məhdudiyyətlər tətbiq edilir. Iş prosesi bu xüsusiyyətlər nəzərə alınaraq, təşkil olunur və planlaşdırılır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et