Bank olmayan kredit təşkilatları nə iş görür? | Banco.az

Bank olmayan kredit təşkilatları nə iş görür?

Bank olmayan kredit təşkilatı - (bundan sonra, BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və BOKT-lar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Onlar öz fəaliyyətini qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində müstəqil həyata keçirir. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, BOKT dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və həmin orqanlar onun cari fəaliyyətinə müdaxilə edə bilməzlər. Yəni, BOKT dövlətin öhdəliklərinə, dövlət isə BOKT-nin öhdəliklərinə görə məsuliyyət daşımır.

BOKT-nin adında "bank olmayan kredit təşkilatı" sözləri olmalıdır. Bu təşkilatlar da banklar kimi öz filiallarını və nümayəndəliklərini aça bilər. 

BOKT aşağıdakı fəaliyyət növlərini də həyata keçirə bilər:

  • Kreditlərin verilməsi
  • Faktorinq;
  • Forfeytinq;
  • Lizinq;
  • Veksellərin uçotu;
  • Qarantiyanın verilməsi;
  • Sığorta agenti xidmətinin göstərilməsi;
  • Borcalanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.

Əslində qanun BOKT-ları iki növə ayırır. Girov əmanəti cəlb etmək hüququ olan və belə hüququ olmayan kredit təşkilatlarına. 

BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Girov əmanəti yalnız Mərkəzi Bankın BOKT-yə verdiyi lisenziyada bu barədə xüsusi icazə olduqda qəbul edilə bilər.

BOKT-ın hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.

Sizlərə Azərbaycanda fəaliyyət göstərən BOKT-ların siyahısını təqdim edirik:

 

 Bank olmayan kredit təşkilatları

 

1,00

Bank olmayan kredit təşkilatlarının sayı, o cümlədən:

157,00

1,10

- Kredit ittifaqlarının sayı

109,00

1,10

İlin əvvəlindən lisenziya alanlar

3,00

1,10

İllin əvvəlindən lisenziyası ləğv edilənlər

3,00

1,10

Filialların sayı

0,00

1,20

Beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatlarının sayı

47,00

1,20

İlin əvvəlindən lisenziya alanlar

0,00

1,20

İllin əvvəlindən lisenziyası ləğv edilənlər

0,00

1,20

Filialların sayı

228,00

1,30

Digər bank olmayan kredit təşkilatlarının sayı

1,00

1,30

İlin əvvəlindən lisenziya alanlar

0,00

1,30

İllin əvvəlindən lisenziyası ləğv edilənlər

0,00

1,30

Filialların sayı

12,00

 

III Digər maliyyə təşkilatları*

 

1,00

Digər maliyyə təşkilatlarının sayı, o cümlədən

1,00

1,20

İlin əvvəlindən lisenziya alanlar.

0,00

1,30

İllin əvvəlindən lisenziyası ləğv edilənlər

0,00

1,40

Filialların sayı

63,00

1,50

Şöbələrin sayı

1 104,00

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et