"Bank of Baku"nun rəhbəri dəyişdi | Banco.az

"Bank of Baku"nun rəhbəri dəyişdi

“Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədri Abbas İbrahimov işdən çıxıb. 

Məlumata görə, hazırda sədrin vəzifəsini müvəqqəti olaraq sədr müavini Eldar Həmidov icra edir.

A.İbrahimovun isə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İH-nin sədr müavini vəzifəsinə təyinat alacağı gözlənilir. Yanvar ayında bu təyinatların rəsmən təsdiqlənəcəyi ehtimal olunur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur. 

Mənbə: Report.az