"Bank of Baku"nun kapitalı artıb | Banco.az

"Bank of Baku"nun kapitalı artıb

“Bank of Baku” 2016-cı ilin  yekun maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın maliyyə göstəricilərinə əsasən xəbər verir ki, 31 dekabr 2016-cı il tarixinə bankın cəmi aktivləri 549 mln. 609 min 440 manat olub.

Bank aktivlərinin həcmini qoruyub saxlaya bilib. Qeyd edək ki, ötən il 30 sentyabr göstəricilərində bankın cəmi aktivləri 549 mln. 542 min 430 manat olub.

Bankın kredit portfeli isə 252 mln. 321 min 910 manat təşkil edib.

2015-ci ilin son rübündə bank tərəfindən müştərilərə verilən kreditlərin həcmi 485 mln. 274 min 750 manat idi.

Ötən ilin son rübündə müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi 284 mln. 42 min 140 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kapitalı artıb!

Sözügedən dövrdə bankın cəmi kapitalı 72 mln. 867 min 500 manat təşkil edib. 2016-cı ilin 3-cü rübü ilə müqayisədə bankın cəmi kapitalı 44% və ya 22 mln. 315 min 310 manat artıb.

Bank ötən ilin son rübünü 22 mln. 329 min manat mənfəət, ili isə yekun olaraq 15 mln. 330 min  manat zərər ilə başa vurub.

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. Pərakəndə sektor “Bank of Baku”-nun fəaliyyətnin əsas sahəsidir. Ölkədə istehlak kreditlərinin artım dinamikası bankın inkişafı üçün bir stimuldur.