"Bank of Baku"dan 20 milyon manat xalis mənfəət | Banco.az

"Bank of Baku"dan 20 milyon manat xalis mənfəət

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" bu ilin yanvar-sentyabr aylarında 20 milyon 35 min manat xalis mənfəət əldə edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 919 milyon 514 min manat olub ki, bu da bu ilin əvvəli ilə müqayisədə 48 milyon 625 min manat və ya 5,6% çoxdur.

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 750 milyon 604 min manat, depozit portfelinin həcmi isə 571 milyon 336 min manat olub. Bunlar da ötən ilin sonu ilə müqayisədə müvafiq olaraq 91 milyon 561 min manat (13,9%) və 55 milyon 569 min manat (10,8%) çoxdur.  

Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 18 milyon 498 min manat (19,6%) artaraq 112 milyon 614 min manata, faiz xərclərinin həcmi isə 11 milyon 374 min manat (38,8%) artaraq 40 milyon 713 min manata yüksəlib. 

30 sentyabr 2024-cü il tarixinə bankın məcmu kapitalı 146 milyon 64 min manat təşkil edib ki, bu da Mərkəzi Bankın məcmu kapital tələbini (50 milyon manat) 2,9 dəfə üstələyir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstəririr. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et