Bank of Baku-nun Sədri "İlin Bankiri" oldu | Banco.az

Bank of Baku-nun Sədri "İlin Bankiri" oldu

Banco.az saytı 2014-cü ilin nəticələrinə görə maliyyə təşkilatları arasından İlin Ən Yaxşılarını seçib. Hər il olduğu kimi bu il də, portalımızda səsvermə 8 nominasiya üzrə keçirilib. Nominasiyalardan biri də İlin Bankiridir.

Bu ilki online səsvermə 5 mart- 5 aprel aralığını əhatə etdi. Bank rəhbərləri arasında İlin Bankirini seçdik. İdarəçilik baxımdan, yenilikçi olan və bankın uğurlar qazanmasında müstəsna rolu olan Bank of Bakunun idarə heyətinin sədri ilin bankiri elan olundu. Fərid Hüseynov namizədlər arasında 1803 səs toplayaraq, 26%-lə birincilik qazandı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Bank of Baku iki nominasiya üzrə -“İlin Bankı” və “İlin Bankiri” qalib gəlib.