O, sadəcə Futbol üzrə keçirilən Dünya çempionatının qalibinin hansı ölkə olacağını təxmin edərək Rusiyaya səyahət qazandı. Onu başqalarından fərqləndirən əsas xüsusiyyət isə Bank of Baku-nun müştərisi olması idi.
Əvvəllər də futbola baxmağı sevirmiş. Amma ilk dəfə idi ki, sevdiyi bu oyun ona hədiyyə qazandırıb. Deyir ki, qalib olduğuna dair Bank of Baku-dan mesaj gəldiyi zaman əvvəlcə inana bilməyib və mesajı dəfələrlə oxuyub: “Mesajı oxuyanda gözlərimə inana bilmədim. Çünki bu mümkünsüz idi. Müsabiqənin qalibinin adı açıqlanmışdı və xatırladığım qədərilə qalibin bankla əlaqə saxlanılması gözlənilirdi ki, Bank of Baku-nun müştərisi olub-olmadığı aydınlaşdırılsın. Amma bir həftə ərzində ondan heç bir cavab ala bilinmədiyinə görə, ikinci dəfə seçim edilib. Mənim isə bundan xəbərim olmayıb. Bəxtimdən bu dəfə qalib mən olmuşam. Səmimi desəm həmin vaxt yarışmadan əlimi üzmüşdüm. Birdən gördüm ki, mənə mesaj gəlib. İlk dəfə oxuyanda açığı inanmağım da gəlmədi. Fikirləşdim ki, yəqin tanışlarımdan kimsə mənimlə zarafat edir. Sonradan diqqət etdim ki, mesaj bankın rəsmi səhifəsindən gəlib. Sevincimin həddi yox idi”.
Qeyd edim ki, “Bank Of Baku” Futbol üzrə Dünya Çempionatı zamanı facebook sosial şəbəkəsində məhz müştərilərinə özəl olaraq müsabiqə təşkil etmişdi. Ətraflı: https://goo.gl/dmcB18
Müsabiqənin şərtlərinə əsasən, Bank of Baku-nun müştərisi olan hər kəs DÇ-2018-in qalibinin hansı ölkə olacağını təxmin edərək, rəylərdə bildirməli idi. Müsabiqənin sonunda təsadüfi seçim əsasında bir nəfər Bank of Baku müştərisi olan şəxs Rusiyaya səyahət qazanmalı idi. Müsahibim Xaqani Mikayılov həmin o müsabiqənin şanslı qalibi oldu.
Dediyinə görə, 3 ildən artıq bir müddətdir ki, “Bank of Baku” nun müştərisidir. Həm Bolkart, həm də İŞKART sahibi olan Xaqani bəy, Bank of Baku-dan ağız dolusu danışdı. Müştəri olaraq razılığını gözlərindən də oxumaq olurdu.
Sual verəndə ki, adətən insanlar müsabiqələrin obyektivliyinə inanmırlar bu haqda nə düşünür. Gülümsəyərək, “Əlbəttə, hər kəs buna şübhə ilə yanaşır. Mən bundan əvvəl də sosial şəbəkələrdə keçirilən müsabiqələrdə iştirak etmişdim və bir neçə yarışmanın qalibi olmuşdum. Lakin ilk dəfə belə böyük hədiyyə qazanmışam. Bank of Baku müştərisi olduğum üçün yox, obyektivliyə şahid olduğum üçün deyə bilərəm ki, hər şey açıq və aydın idi.”
Xəqani deyir ki, çempionatın əvvəlində qalibin kim olacağına o qədər də əmin deyilmiş: “Çünki əvvəlcədən favorit olan komandaların əksəriyyəti çempionatı vaxtından əvvəl tərk etdi. Ona görə də əvvəlcədən nə isə demək o qədər də asan deyildi. Amma dörddə bir finaldan əvvəl qalibin məhz Fransa olacağını təxmin edirdim. Oyunların gedişatını izləyərkən komandaların gücü bəlli oldu. Fransanın çempionatdakı iştirakı, özünə əminliyi onların qalib olacağından xəbər verirdi. Bundan başqa Fransanın finaldakı rəqibi Xorvatiya ilk dəfə idi ki, finala vəsiqə qazanmışdı. Onların həyəcanı hiss olunurdu və bu həyəcan onların səhv etməsinə şərait yaradırdı. Fransa isə rəqibindən fərqli olaraq özünə əmin idi və daha rahat çıxış edirdi. Qalibin Fransa olacağından o qədər əmin idim ki, hətta digər mərc oyunlarında iştirakçı olan dostlarıma oyunun hansı hesabla bitəcəyini əvvəlcədən dedim. Amma heç kim mənə inanmırdı. Oyun bitəndən sonra təbii olaraq hamı şokda idi”.
Sonda səfər təəssüratlarını bizimlə bölüşən Xəqani Rusiyada olarkən də bankın xidmətlərindən yararlana bilib: “Rusiyaya üç gecə, dörd günlük səyahətim çox əla keçdi. Bu mənim heç vaxt unutmayacağım bir səyahət oldu. Hətta deyərdim ki, hər şey mənim gözlədiyimdən də yaxşı oldu. Birinci dəfə idi ki, Rusiyada olurdum. Otel, nəqliyyat, sığorta və digər xərclər bank tərəfindən qarşılandı. Getdiyim ilk iki gün hava çox qəşəng idi. Qaldığım yerin yaxınlığında olan bütün maraqlı yerləri gəzib görmək imkanım oldu. Üç gün ərzində xeyli yer gəzib gördüm. Alış-veriş zamanı Bolkart kartımdan da istifadə etdim. Orada olduğum müddətdə diqqət etdim ki, bizdən fərqli olaraq bütün mağazalarda pos-terminallardan istifadə edilir. Mən ümumiyyətlə nağdsız alış-verişə üstünlük verirəm. Çünki bizim hissə-hisə ödəmək şansımız olur. Bu həm əlverişlidir, həm də daha rahatdır. Belə olanda sən üstündə pul gəzdirməli olmursan. Bank of Baku-ya belə bir layihəyə görə öz minnətdarlığımı bildirirəm. Bu müştərilərə olan diqqətin göstəricisidir. Biz də bankın müştərisi olaraq daima edilən yenilikləri izləyirik”.
Şəbnəm Mehdizadə, banco.az