"Bank of Baku" mühasib axtarır | Banco.az

"Bank of Baku" mühasib axtarır

Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.

Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında öncül rolunu oynayıb. Bankımız haqda daha ətraflı məlumatıhttp://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.
 
Vəzifə: Baş Mühasib

Əsas vəzifə və öhdəliklər

  • Qanunvericiliyə uyğun olaraq müvafiq məlumat və hesabatların tənzimləyici və dövlət orqanlarına təqdim olunması (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu , Vergilər Nazirliyi və s)  
  • Vergi uçot işinin təşkili və optimallaşdırılması
  • Maliyyə və vergi üzrə uçotun müqayisəli şəkildə açıqlanması
  • Bankın vergilər üzrə şəxsi hesab vərəqəsinə vergi orqanı tərəfindən işlənilmiş məlumatların (vəsait) bank tərəfindən ödənilən vəsaitlərlə uyğunluğunun yoxlanılması, mümkün uyğunsuzluğun aradan qaldırılması
  • Bank tərəfindən vergilərin qanunvericiliyə uyğun olaraq hesablanaraq vaxtında ödənilməsinə nəzarət olunması
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin vergi uçotu üzrə reyestrindəki məlumatların  (köhnəlmə, təqdim olunma və ya silinmə, təmir norması və s.) vergi məcəlləsində bu uçota aid maddələrin tələbinə uyğun yoxlanılması və düzgünlüyünün təmin edilməsi
  • Digər fondlara (DSMF) əmək haqqı üzrə tutulmaların yoxlanılması və düzgünlüyünü təmin edilməsi
  • İlin yekunu üzrə audit şirkəti tərəfindən hazırlanmış Maliyyə hesabatlarının yoxlanılması və lazımı düzəlişlərin edilməsi və s.

Seçim meyarları

Ən sərfəli kredit üçün müraciət et

  • Ali təhsil (maliyyə/iqtisadiyyat və ya BBA/MBA) 
  • Bank sahəsində baş mühasib vəzifəsində 3 il iş təcrübəsi
  • Azərbaycan dili - əla, rus və ingilis dilləri – yaxşı
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Yüksək təhlil qabiliyyəti
  • Təzyiq altında işləmə bacarığı

İş şərtləri

  • İş vaxtı: 5 iş günü, 09.00-18.00 
  • İş yeri: Baş Ofis
  • Əmək haqqı: təcrübədən asılı olaraq

Müraciət üçün son tarix: 05/08/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Baş Mühasib sözünü qeyd etməyi unutmayın.

Digər bank vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.