Banco.az Bakı Fond Birjasına istinadən məlumat verir ki, 06 iyul 2015-ci il tarixindən etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə “Bank of Baku” ASC -nin qiymətli kağızları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib:
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.