“Bank of Baku” Android və iPad üçün mobil əlavələrini işə saldı! | Banco.az

“Bank of Baku” Android və iPad üçün mobil əlavələrini işə saldı!

Müştərilərin bank məhsul və xidmətlərindən daha rahat istifadəsini təmin etmək məqsədilə “Bank of Baku” Android və iPad üçün mobil əlavələrini işə salıb. Artıq Android və iPad istifadəşiləri “Bank of Baku”-nun təqdim etdiyi məhsul və xidmətlərlə ətraflı şəkildə tanış olub müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.Android və iPad sayəsində “Bank of Baku”-nun onlayn bank xidmətləri mobil rabitə istifadəçiləri üçün daha yaxın olacaq. Bu mobil sistemlər ilə müştərilər valyuta məzənnəsi, kredit və əmənət şərtləri, kredit və əmanət kalkulyatoru, tarif və faiz dərəcələri, bankın filial və bankomatlarının ünvanı və xəritəsi ilə tanış ola biləcək. Android və iPad ilə istifadəçilər kreditin onlayn ödənişini və sifarişini edə bilərlər. Eyni zamanda, “Bank of Baku”-nun korporativ və sosial şəbəkə səhifələrini izləyib son bank xəbərlərindən məlumatlı olacaqlar.“Bank of Baku”-nun Android üçün mobil əlavəsini bu keçiddən yükləmək olar:https://play.google.com/store/apps/details?id=az.jis.bob&hl=en Xatırladaq ki, bir neçə ay öncə “Bank of Baku” iPhone üçün mobil əlavəni təqdim etmişdir və hal-hazırda istifadəçilər bu əlavədən geniş faydalanır. Son altı ay ərzində “Bank of Baku”-nun iPhone üçün mobil əlavəsi 3000-dən çox dəfə yüklənib. Əlavəni buradan yükləmək olar: https://itunes.apple.com/az/app/bank-of-baku-mobile/id597796948?mt=8 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et