"Bank of Baku" aktivlərindən ən yaxşı istifadə edən bankdır | Banco.az

"Bank of Baku" aktivlərindən ən yaxşı istifadə edən bankdır

Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I yarısını 433,4 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 29 milyard 980,1 min manat məbləğində aktivlərin 1,45%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 24 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 11,1%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 22-cidir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bu bank ötən yarım ildə aktivlərinin 7,8%-i qədər mənfəət əldə edib. Bu arada, "Unibank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 8-ci yerdə qərarlaşıb.

Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 3,5%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə liderdir.

Mənfəətlə işləyən qalan 21 bankda isə sözügedən göstərici 0-3,3% arasında dəyişir.

Hesabat dövründə aktivlərindən ən pis istifadə edən bank isə İran Milli Bankının Bakı filialı olub. Bu maliyyə qurumu aktivlərinin 17,4%-i qədər zərərlə üzləşib.

Bankın adı

Bankın yarım illik mənfəətinin /zərərinin aktivlərinə nisbəti

1

Bank of Baku

11,1%

2

Unibank

7,8%

3

Azərbaycan Beynəlxalq Bankı

3,5%

4

Bank VTB Azərbaycan

3,3%

5

Kapital Bank

2,0%

6

Bank Avrasiya

1,3%

7

Premium Bank

1,2%

8

PAŞA Bank

1,2%

9

Bank Respublika

1,1%

10

Naxçıvan Bank

1,0%

11

Zıraat Bank Azərbaycan

0,9%

12

Express Bank

0,9%

13

Yapı Kredi Bank Azərbaycan

0,8%

14

Rabitəbank

0,8%

15

Xalq Bank

0,7%

16

Nikoyl Bank

0,6%

17

Azərbaycan Sənaye Bankı

0,6%

18

AFB Bank

0,4%

19

Günay Bank

0,3%

20

Bank BTB

0,3%

21

Azər-Türk Bank

0,2%

22

NBC Bank

0,1%

23

Turan Bank

0,0%

24

Atabank

0,0%

25

AGBank

-0,2%

26

Muğan Bank

-1,7%

27

Pakistan Milli Bankı - Bakı

-2,4%

28

Amrah Bank

-2,6%

29

Access Bank

-10,7%

30

İran Milli Bankı - Bakı

-17,4%

 

Orta hesabla

1,5%

Ən sərfəli kredit üçün müraciət et

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç