Bank of Azerbaijan-ın əmanətçilərinə kompensasiya ödənişi davam edir | Banco.az

Bank of Azerbaijan-ın əmanətçilərinə kompensasiya ödənişi davam edir

Banco.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən 3 gün ərzində sənədləri qaydasında olan 260-dan çox əmanətçiyə  5,6 milyondan artıq kompensasiya ödənilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən  başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC və “Rabitə Bank” ASC seçilmişdir.