Bank-müştəri münasibətləri yenə gündəmə gətirilib | Banco.az

Bank-müştəri münasibətləri yenə gündəmə gətirilib

“Azərbaycanın bank sektoru qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflərin müzakirəsində iştirak etməkdə maraqlıdır”.

Bunu Bank Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev bildirib.

O qeyd edib ki, “Ödəniş sistemləri və alternativ xidmət kanalları” üzrə ekspert qrupu, AAA nümayəndələri, Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası arasında bank-müştəri münasibətləri və vergi ödəmələri ilə bağlı məsələləri müzakirə etmək üçün görüş keçirilib: “Yığıncaqda banklar qanunvericiliyə dəyişikliklə bağlı hər hansı təkliflərin ilkin mərhələdə müzakirəsində iştirak etməkdə maraqlı olduqlarını ifadə ediblər”.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə görüş iştirakçıları MCC (Merchant Category Code) kodu ilə internet vasitəsilə xaricdən alış-veriş edilməsində vergitutmaları müzakirə ediblər.  Xüsusilə, görüş iştirakçıları vaxtaşırı bu kodları dəyişəcək mexanizmin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.