1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2016-cı il tarixli qərarı ilə "Gəncəbank" ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması və "Azerbaijan International Consulting Company" MMC-nin ləğvedici təyin edilməsi qərara alınıb. Bu barədə Trend "Xalq qəzeti"nə istinadən məlumat verir.
Bankın kreditorları 60 gün ərzində tələblərini "Gəncəbank"ın ləğvedicisinə təqdim etməlidirlər.
"Gəncəbank" 1994-cü ildən fəaliyyət göstərirdi.