"Bank Melli İran" Bakı filialı 2018-ci ilin 9 ayını 1 milyon 800 min manat xalis mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, filial ötən ilin eyni dövründə 1 milyon 336 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, Bankın xalis mənfəəti 35% artıb.
Cari ilin yanvar-sentyabr dövründə "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2 milyon 164 min manat, qeyri-faiz gəlirləri isə 221 min 215 manat təşkil edib.
Bütün xərclər çıxıldıqdan sonra Bankın 1 milyon 800 min manat xalis mənfəəti qalıb.
2017-ci ilin 9 ayı ərzində Bankın faiz gəlirləri 2 milyon 263 min manat, qeyri-faiz gəlirləri (haqq və komissiya gəlirləri)150 min 552 manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR AZALIB
Bankın müştərilərə verdiyi kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 30 Sentyabr 2018-ci il tarixində 3 milyon 626 min manatadək düşüb. 30 Sentyabr 2017-ci il tarixində Bankın müştərilərə verdiyi cəmi kreditlər 7 milyon 162 min manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə Bankın qiymətli kağızlara investisiyaları 12 milyon 436 min manatdan 15 milyon 763 min manata qalxıb.
Marja.az