Bank kreditini onlayn ödəməyin 5 səbəbi | Banco.az

Bank kreditini onlayn ödəməyin 5 səbəbi

Hal-hazırda Azərbaycanda bank kreditlərinin onlayn şəkildə ödənilməsi prosesi geniş vüsət alıb. Onlayn ödənişin bir sıra üstünlüklərini diqqətinizə çatdırırıq:

1. Banka getməyə ehtiyac yoxdur.

Bu zaman siz kredit ödəmək üçün banka getməyəcək, tıxac və növbələrdə gözləməli olmayacaqsınız. Bununla da, öz vaxtınıza qənaət etmiş olacaqsınız.

2. Hansı məkanda olduğunuzun heç bir fərqi yoxdur.

Hansı məkanda - evdə, işdə və ya xarici ölkədə olmağınızdan asılı olmayaraq, siz öz kreditinizi istədiyiniz zaman ödəyə biləcəksiniz. Bunun üçün yalnızca internetə çıxışınız və kredit kartınız olmalıdır.

3. Ödənişləri sizə uyğun olan vaxtda həyata keçirə bilərsiniz.

Artıq bankın iş saatlarını gözləmək məcburiyyətində qalmayacaqsınız. Belə ki, kreditləri istədiyiniz zaman - səhər və ya axşam saatlarında ödəyə biləcəksiniz.

Ən sərfəli kredit üçün müraciət et

4. İnternetdə ödənişlərin həyata keçirilməsi olduqca təhlükəsizdir.

"Verified by Visa" texnologiyasından istifadə etməklə siz təhlükəsiz şəkildə ödəniş edə bilərsiniz.

5. Hesab.az

"Hesab.az" portalı öz müştərilərinə onlayn ödənişlər həyata keçirmək imkanı verir. Bu portal onlayn ödənişin daha əvvəl qeyd etdiyimiz bütün üstünlüklərini özündə birləşdirir. Bu portalda bank kreditləri ilə yanaşı, kommunal xidmətlər, kabel televiziyası, mobil və stasionar telefonlar üzrə ödənişləri həyata keçirmək mümkündür. Bundan əlavə, hər bir ödəniş üçün bonus xallar hesablanır. Həmçinin auksionlarda iştirak etməklə də dəyərli hədiyyələr qazanmaq mümkündür.

Sevinc İbadova/Banco.az