Bank kredit verməkdən imtina edirsə, nə etməli? | Banco.az

Bank kredit verməkdən imtina edirsə, nə etməli?

Müştərilər tərəfindən baxıldıqda kredit müraciətinin rədd edilməsi bir çox suaı doğurur.  Kredit üçün müraciətinizin rədd edilməməsi üçün nə etməlisiniz?

Kredit və ya kredit kartı müraciəti təsdiqlənməyən insanlar bunun səbəbini və nə etməli olduqlarını bilmək istəyirlər.

Bunun üçün kredit əldə etmək istəyən insanların diqqət etməli olduğu məqamları sizlərə təqdim edirik.

Real olmalısınız.

Banklar mənfəət üçün çalışan maliyyə təşkilatlarıdır. Buna görə də, nəzərə almaq lazımdır ki, biz kredit əldə etmək üçün ən uyğun bankı seçməkdə azadıqsa, banklar da kredit ödəmələrini hec bir problem yaratmadan vaxtında ödəyəcək müştəriləri seçməkdə azadddır. Bunu qəbul etsək, vəziyyəti daha real qəbul etmiş olarıq.

Kredit verməyə razılıq verməyən bank da ən az sizin qədər kədərlənir.

Banklar kredit məhsullarının tanınması və reklamı üçün kifayət qədər pul xərclədiklərinə görə kredit vermək istəkləri də açıqca ortadadır. Yalnız məsələyə bu tərəfindən baxdığımızda belə, bankların qəbul etmədikləri kreditlər üçün kifayət qədər önəmli səbəbləri olduğu məlum olur. İşə kredit verməkdən niyə imtina etdiklərini soruşmaqla başlaya bilərsiniz.

Gəlirləriniz kredit əldə etmək üçün kifayət etmir?

Bank kredit vermək üçün gəlirlərinizin kifayət qədər olmadığı qənaətinə gəlibsə, varsa əlavə gəlirlərinizi qeyd edin. Buna digər evinizdən əldə etdiyiniz kirayə haqqı və ya ailə üzvlərinin də gəlirləri daxildir. Bankı gəlirlərinizin kifayət qədər olduğu haqqında razı salmalısınız.

Ən sərfəli kredit üçün müraciət et

Kredit tarixçəniz yaxşı deyil?

Kredit tarixçəsinin yaxşı olmaması kredit əldə etmədə ən əsas problem yaradan səbəblərdən biridir. Əvvəlki kredit ödəmələrində gecikdirmə etmisinizsə, əvvəlcə bu məlumatların dəqiqliyini yoxlayın. Məlumatlar dəqiqdirsə, banka girov və zaminlə kredit götürməyi təklif edin.

Bir bankdan əliniz boş çıxmısınızsa, digərlərini yoxlayın.

Bir bankın sizə kredit verməkdən imtina etməsi digərlərinin də imtina edəcəyi demək deyil. Hər bankın kredit verərkən müştəri seçimi siyasəti vardır. Bir bank üçün riskli olan bir müştəri digəri üçün uyğun ola bilər.

İflas eşiyində kredit götürməyin.

Əgər borcunuz çoxdursa və borcunuzu ödəmək üçün kredit götürmək istəyirsinizsə, bunu əsla etməyin. Onsuzda bir neçə banka borcunuz varsa digər banklar sizə kredit verməkdən çəkinəcəklər. Lakin, siz də kredit borcunuzu digər bir kreditlə ödəməyə çalışmayın. Bu, borcunuzu azaltmayacaq, əksinə yeni borclar əvvəlkindən daha çox olacaq. Kredit götürməkdənsə kredit borcunuzu ödəyə bilmədiyiniz banka müraciət edin və vəziyyət barəsində onları məlumatlandırın. Bank hazırki vəziyyəti araşdıracaq və ortaq yol tapmaq üçün dəyərləndirmə edəcəkdir. Çünki bu, borcun hec ödənməməsi ehtimalından daha yaxşıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et