Bank kartlarının təhlükəsizliyini necə təmin edə bilərik? | Banco.az

Bank kartlarının təhlükəsizliyini necə təmin edə bilərik?

Restoran, mağaza, online alış-veriş xidmətlərindən istifadə etdiyimiz zaman artıq nağd ödənişdən imtina edə bilərik. Belə ki, bankların kart məhsulları işimizi xeyli dərəcədə asanlaşdırıb. Müxtəlif ödəniş əməliyyatlarını həyata keçirmək üçün hər hansı bir bank müştərisi olaraq hesab açmağımız yetərlidir. Əldə etdiyimiz kart məhsulunun təklükəsizliyi bank tərəfindən qorunsa belə, özümüz də dələduzların qurbanı olmamaq üçün çalışmalıyıq. Hesabınızda olan vəsaitin qorunması məqsədi ilə bank kartlarının təhlükəsizliyinin təmin edilməsi mütləq prinsip daşıyır. Əks halda hesabınızdakı vəsait dələduzların manipulyasiyaları nəticəsində tamami ilə itirilə bilər. Bəs nə etmək olar? 

Bank kartları ilə hər hansı problemin yaranmasının qarşısını almaq məqsədi ilə banco.az sizə məsləhət görür:

1. PIN - kod ( PIN-kod; şəxsi identifikasiya nömrəsi) mümkün qədər başqalarının görə biləcəyi yerlədə qeyd etməyin. Çalışın yadda saxlayasınız. Eyni zamanda, sizə və ya yaxınlarınıza aid məlumatları PIN-kod kimi qeydiyyatdan keçirməyin. PIN-kod maksimum sizin yaddaşınızda asanlıqla həkk olunan, lakin yadlara naməlum qala bilən bir şifrə olmalıdır.

2. Bank kartınızın PIN-kodu barəsində heç kəsə məlumat verməyin (yaxınlarınız, polis və bank işçiləri daxil heç kəsə şifrənizi təqdim etmək məcburiyyətində deyilsiniz).

3. Alış-veriş edən zaman belə bank kartınızı nəzərinizdən kənarda saxlamayın.

4. Bank kartı vasitəsi ilə ödəniş etdiyiniz zaman imzaladığınız kvintansiyalara ilk öncə nəzər salın. Çekdə qeyd edilən kartın nömrəsinə, məhsul, onun alınma tarixi və qiymətinə xüsusi ilə diqqət yetirin. Bütün çek və kvitansiyalarınızı 6 ay müddətində saxlamağa çalışın.

5. Ödəniş etdikdən dərhal sonra kartınızı cüzdanınızda yerləşdirin.

6. Hesabınızı mütəmadi olaraq yoxlayın. Xaricdə olduğunuz zaman, əlinizdə olan çeklər və kvitansiyalar ilə bank kartınız vasitəsi ilə aparılan ödənişləri müqayisə edin. Əgər yoxlanış apardığınız zaman, bir neçə əməliyyatın sizin tərəfinizdən edilmədiyi faktı aşkarlanarsa, dərhal müştərisi olduğunuz banka müraciət edin.

Ən sərfəli kredit üçün müraciət et

7. Kartınızın nömrəsinin telefon vasitəsi ilə diktə etmək məcburiyyətində qaldığınız zaman belə, şirkətdən yazılı surətdə sifarişin göndərilməsini xahiş edin.

8. Ödəniş etmədiyiniz zamana kimi kartınızı təqdim etməyə tələsməyin.

9. Kartınızı istifadə edərkən tələb oluna bilən şəxsiyyət sənədinizdən fərqli bir şəxsi məlumat təqdim etməyin.

10.Kartınız bankomatda qaldığı halda belə heç kəsə dərhal inanıb şifrənizi bildirməyin. Çünki sizin fikrinizi yayındıraraq kartınız əldə edilib, hesabınızda olan vəsait mənimsənilə bilər.

11. Tanımadığınız və ya müəmmalı reputasiyaya malik yerlərdə kart ilə ödəniş aparmaqdan çəkinin. Bu zaman ödənişi nağd pulla aparmanız daha məqsədə uyğundur.

İnternet üzərindən alış-veriş etdiyiniz zaman xüsusi ilə Classic (Standard) və ya Gold biznes kartlarından istifadə etməyin. Ümumiyyətlə internet üzərindən alış-veriş etməzdən əvvəl hesabınızda olan vəsaitin miqdarına diqqət edin.

12. Prestijin dəstəkləndiyinin mütləq olduğu zaman Visa Gold (MasterCard Gold) kartlarından istifadə etmək mümkündür. Digər zamanlarda isə Visa Electron (Maestro) və ya Visa Classic (MasterCard Standard) kartlarından istifadə etməyiniz daha məsləhətlidir.

Ödəniş etmək istədiyiniz zaman ilk əvvəl Visa Electron (Maestro) kartını təqdim edin. Texniki səbəblərdən kart qəbul edilmədiyi zaman, Visa Classic və ya MasterCard Standard ilə ödəniş etməyə çalışın. Əgər bu kartlardan  da istifadə mümkün olmasa, son olaraq Gold kartını təqdim edə bilərsiniz.

Qeyd etmək gərəkdir ki, istifadəçisi olduğunuz Visa Gold sizə daha geniş xidmətlərdən istifadə etmək imkanı yaradır.  Məsələn, Classic kartdan fərqli olaraq Gold vasitəsi ilə siz daha yüksək prestij statusa malik avtomobilləri icarəyə götürə bilərsiniz.

Bütün bunlar ilə yanaşı qeyd etmək lazımdır ki; Bank kartınız ilə aparılan bütün ödəniş əməliyyatlarına görə məsuliyyəti yalnız siz daşıyırsınız.

Ən sərfəli krediti almaq üçün müraciət et