Bank kartlarının son 8 illik dinamikası | Banco.az

Bank kartlarının son 8 illik dinamikası

Bank kartları, istər debet kart, istərsə də kredit kartları yarandığı gündən həyatımızın bir hissəsinə çevrilmişdir.

Bu gün son 8 ildə debet və kredit kartlarının saylarının necə dəyişməsinə və bu kartlar vasitəsilə nağd və nağdsız ödənişlərin sayına, eyni zamanda həcminə birlikdə nəzər yetirəcəyik.

Bank kartlarından daha çox debet kartları istifadə edilir ki, buna sosial, əməkhaqqı və digər kartlar daxildir və bunlar içərisində də sosial kartlar üstünlük təşkil edir. Qrafikə baxsaq, 2010-cu ildən ümumilikdə kartların sayının artıını müşahidə edə bilərik (saylar min ədədlə verilib). Sosial və kredit kartlarına ayrılıqda baxdıqda hər ikisi əvvəlcə artsa da, 2014-2015-ci illərdən sonra azalmışdır. Sosial kartlarda bu azalma cuzi olsa da, kredit kartlarında 2015-ci ildən növbəti illə keçiddə demək olar  yarıya qədər azalma olmuşdur. Həmin illərdə devalvasiyanın olması özünü bank kartlarının azalmasında göstərir ki, bu da bankın müştərilərinin azalmasının birbaşa göstəricisidir. Əməkhaqqı kartları isə ildən ilə artmaqla diqqəti cəlb edir.

Kimi kartlardan nağd pul çıxararaq ödənişlərini edir, kimiləri isə birbaşa kart vasitəsilə. İndi isə kart vasitəsilə həyata keçirilən əməliyyatların sayı və həcminə diqqət yetirək. Statistika göstərir ki, ATM vasitəsilə nağd pulu çıxaranların sayı ildən ilə sürətli şəkildə artmaqdadır. 2010-ci ildə bu say 42768 min idisə, 2018-ci ildə demək olar ki, yarısı qədər artaraq 65772 minə çatmışdır. POS terminaldan istifadə edənlər isə əksinə olaraq azalmaqdadır.  Məbləğ etibarı ilə baxdıqda isə yeni eyni mənzərəni görmək mümkündür, yəni ATM vasitəsilə daha çox nağd pul çıxarılır. Həmçinin, POS-terminal  vasitəsilə çıxarışın həcmi isə artmaqdadı, lakin 2016-cı ildən etibarən cuzi azalma müşahidə olunsa da 2018-ci ildə artıq təkrar artmağa davam etmişdir.

 

Nağd pulun çıxarılması

İllər

Sayla (min əməliyyat)

Məbləğ (milyon manatla)

ATM vasitəsilə

POS-terminal

ATM vasitəsilə

POS-terminal

2010

42768

444

5283

255

2011

45410

327

6263

281

2012

48118

349

7457

421

2013

51008

318

8371

594

2014

54453

310

9566

727

2015

56307

342

9736

816

2016

54888

364

9867

763

2017

59674

235

11281

709

2018

65772

205

12967

795

Ən sərfəli kredit üçün müraciət et

Nağdsız ödənişlərə baxdıqda isə həm ATM, həm POS-terminal vasitəsilə ödənişlər artmaqdadır. Bunlardan əlavə müasir dövrdə elektron ticarətin daha çox yayılması elektron ticarətdəki ödənişlərinin sayının digər vasitələrə nisbətən qat-qat çox olduğunun şahidi oluruq. Bu artma həm ödəyənlərin sayında, həm də ödəniş məbləğində özünü biruzə verir.

Qrafikdə də göründüyü kimi 2014-cü ildən etibarən elektron ticarətin ödəyicilərin sayı sürətlə artmış, hətta 2018-ci ildə digər nağdsız ödəmələrdən 2 dəfəyə qədər çox olmuşdur.

Məbləğ etibarı ilə isə nəzərdən keçirsək, dövrün əvvəlində POS-terminalla nağdsız ödənişlərin aparlması keçən ilədək üstünlük təşkil etsə də, 2014-cü ildən elektron ticarətin sürətlə inkişafı bütün digər üsulları geridə qoyur. Artıq keçən ildən elektron ticarət ödəniş vasitələri arasında 1-ci yeri tutur. ATM vasitəsilə nağdsız ödənişlərin sayı cuz artsa da, yenidən azalmağa başlamışdır.  

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et