Nağd pulun çıxarılmasının payı 4 bənd azalaraq 78%-dən 74%-ə geriləyib.
2019-cu ilin yanvar – avqust dövründə (8 ay ərzində) debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların cəmi məbləği 14 milyard 265 milyon manat təşkil edib.
Cəmi əməliyyatların 10 milyard 613 milyon manatını və ya 74%-ni nağd pulun çıxarılması təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar – avqust dövründə debet və kredit kartları vasitəsilə aparılmış 11 milyard 376 milyon manatlıq əməliyyatların 8 milyard 866 milyon manatını və ya 78%-ni nağd pulun çıxarılması təşkil etmişdi.
Marja