Bank işinə dair testlər toplusu dərc olunmuşdur | Banco.az

Bank işinə dair testlər toplusu dərc olunmuşdur

Müəllif: Ramal Əhmədov (bank inzibatçısı)

Bankda kariyera qurmaq istəyən və attestasiya hazırlaşan şəxslərə şad xəbər !  Azərbaycanda İLK dəfə bank işinə aid demək olar ki, bütün sahələri əhatə edən tədris tipli testlər toplusunu cavab kartı ilə birlikdə, elektron kitab şəkilində, ödənişsiz əldə etmək imkanı.

Sizə təqdim edilən test suallarının tərtibatında nəzərdə tutulmuş əsas məqsəd qısa zamanda bank işinə aid lazımı qanunvericilik aktlarının xatirlaması və biliklərinizin yoxlamasına yardımçı olmaqdır. Testlərin tərtibatında doğru cavabı yox yalnış cavabı tapmanız istənilir, odur ki, doğru cavabı bildiyinizə əmin olduğunuz halda digər bəndləri də oxumağınız Sizə əlavə üstünlük qazandırır. Cavab kartında düzgün cavab, istinad olunan qanun və maddəsi həmçinin mənbəyə birbaşa keçid mövcuddur ki, mübahisəli hesab etdiyiniz bəndlərə vaxt itirmədən nəzər yetirəsiniz. İstinad mənbələrinin sonuncu yenilənmə tarixləri əlavə olaraq göstərilmişdir ki, testə nəzər yetirən şəxsdə yenilənmiş qanunlarla uyğunsuz cavablar olmasin və qanunvericilikdə dəyişiklər olduqca testləri yeniləmək asan və davamlı olsun.

Ən sərfəli kredit üçün müraciət et

01.11.2022 tarixinədək qanunvercilikdə baş verən dəyişikliklər nəzərə alinmaqla testlər yenindən hazirlanmışdır. Hər birinizə uğurlar!

Testlər toplusunu buradan yükləyə bilərsiniz - Testlər toplusu

Ən sərfəli krediti almaq üçün müraciət et