Bank işində uğur qazanmaq üçün 4 vacib bacarıq | Banco.az

Bank işində uğur qazanmaq üçün 4 vacib bacarıq

İş insanın cöhvəridir deyərlər. Çoxlarına iş deyəndə təkcə ağıllarına bankda işləmək gəlir. Çünki bankda karyera qurmaq əksəriyyətimizin arzusudur.  Lakin hər şey istəmklə də olmur. Ümumiyyətlə bankda işə qəbul olmaq üçün  bəzi  bacarıqlara yiyələnmək lazımdır. Diqqətiniz burda olsun.  Bu məqalədə sizə həmin bacarıqlardan yazacam.

1. Maliyyə  və ya iqtisadi biliklərin olması

Hər oxuyan Molla Pənah Vaqif olmadığı kimi  bank işçisi də ola bilmir. Bank bir iqtisadi müəssisə olduğundan maliyyə və iqtisadi bilikləri  tələb etməsi əslində normaldır.  Kommersiya məqsədi güdən bir müəssisədə iqtisadi biliyin olmadan  işləmək ağ rəngə qara demək kimidir

İqtisadi biliklərin başında dünyanın hər bir ölkəsində mövcud olan bank qanunvericiliyi durur. Ümumiyyətlə bankçılıq maliyyənin əsas qan damarlarını təşkil etdiyindən, onu öyrəndikcə maliyyə biliklərini də artırmaq lazımdır.  Yəni təkcə bank qanunvericiliyini bilməklə kifayətlənməmək lazımdır.

2. Analtik düşüncəyə sahib olmaq

Bankda işləyərkən  müəyyən risklər yaranır ki, əsl bank mütəxəssisi bu riskləri idarə etməyi bacarmalıdır.

Riski idarə etmək üçün ya gələcəyi görə bilməlisən, ya da ki analtik düşüncə bacarığına yiyələnməlisən.  Əgər gələcəyi görə bilirsənsə bankda işləməyinə gərək yoxdur, sənə hər yerdə iş var. Yox yalnız analtik düşünə bilirsənsə onda səninki bank işidir.

Ən sərfəli kredit üçün müraciət et

Bəlkə də,  Dekart  “düşünürəmsə deməli varam” ifadəsini bank əməkdaşları üçün səsləndirib. Çünki yalnız bank mütəxəssisi öz varlığını düşünərək hiss etdirməlidir.  Problemlərin həll edilməsi, iqtisadi risklərin öncədən görülməsi , qarşıdakı müştərini düzgün dəyərləndirmək yalnız analtik düşünməklə reallaşır.

3. Yüksək təzyiq altında işləyə bilmək

Bankda karyera qurmağın ən çətin tərəfi də budur. Ammma belə bir deyim də var, gülü sevən tikanına dözərmiş.

Bank işi elə bir işdir ki, polad kimi təzyiqlərə davam gətirməyi bacarmalısan.  Bu mərhələdə siz  nə qədər səbirli ola bildiyinizi müşahidə edəcəksiniz. Ümumiyyətlə bankda kollektivlə işləyərkən əsas məsələsəbrli olmaqdır. Səbr etsəz muradınıza çatacaqsınız, əmin olun.

4. Bütün diqqətini işə vermək

Bank işində uğurlu olmaq üçün əsas məsələrdən biri də diqqətdir.Ətrafınızda nə baş verir versin, diqqətinizi işinizdən yayındırmayın.  Adi bir rəqəm xətası bütün əməliyyatın səhv olması ilə nəticələnəcəkdir.

Yuxarıdakıların hər biri sizin bankda karyera qurmağınız üçün lazımlı olacaqdır. Çalışın bunları bir yerə qeyd edin və ya  yadda saxlayın . Son olaraq  unutmayın ki zəhmətlə gedilən yol şirin baldan dadlıdır.

Xəzər Aslanov, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et