Bank işçiləri 7.5% artıb | Banco.az

Bank işçiləri 7.5% artıb

Banklar bu ilin 9 ayı ərzində 7 filial artıraraq sayı 515-ə çatdırıb. Buna baxmayaraq şöbələrin sayı ilin əvvəlinə nisbətən 1-i azalıb. Şöbələrin sayında o qədər ciddi dəyişiklik olmadığından artan filial sayı işçi heyətinin artmasına səbəb olub. 7 filialın artması ilə 1323 nəfər işə götürülüb. Filialların sayının 1.4% artması işçilərin sayını 7.5% artırıb. BUna baxmayaraq, yaz aylarında heç bir çöbə və filialda dəyişiklik olmasa da, yenə də işçilərdə artım olub. Bu aylar ərzində ən çox artım yay aylarında olub. İşə götürülənlərin 1/3 hissəsi təkcə iyul və avqust aylarına təsadüf edir. Ən az işə qəbul sayı isə 66 nəfərlə mart ayında olub. Ümumilikdə sentyabr ayında bank işçilərinin sayı 18911 nəfərə çatıb.

Aylar

İşçilərin sayı

Filialların sayı Şöbələrin sayı
Yanvar

17588

508 130
Fevral

17683

509 130
Mart

17749

512 129
Aprel

17982

512 128
May

18191

512 129
İyun

18288

513 129
İyul

18434

514 128
Avqust

18711

514 129
Sentyabr

18911

515 129

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et