Bank filiallarının sayı artıb | Banco.az

Bank filiallarının sayı artıb

Banco.az saytı Mərkəzi Banka istinadən məlumat verir ki, 2015-ci ilin ilk rübü ərzində Bankların yerli filiallarının sayı 752-dən 760-a yüksəlib. Qeyd edək ki, bu artım özəl banklara aiddir. Dövlət banklarının filiallarının sayında dəyişiklik müşahidə olunmayıb.

Buna baxmayaraq, 3 ay ərzində bankların ümumi sayı dəyişməz olaraq  qalıb. Həmçinin, ilk rüb ərzində ölkədə bank fəaliyyətini həyata keçirmək üçün lisenziyası olan digər maliyyə təşkilatlarının sayında da artım olmayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı bank şöbələrinin sayı 162-dən 160-a enib. Cari ilin ilk rübü ərzində lisenziya alan banka rast gəlinməyib.

Ən sərfəli krediti almaq üçün müraciət et