Bank faizsiz kredit verir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bank faizsiz kredit verir

“Xalq Bank”ın bütün kredit kartlarının sahibləri artıq 35 günlük faizsiz kredit xəttindən faydalanmaq imkanı qazanacaqlar.

Kredit xəttinin məbləği plastik kartın növündən asılıdır və 500-25 min manat arasında müəyyən edilir. Qeyd olunan kredit xətti Azərbaycan manatı ilə yanaşı, həm də USD/EUR valyutalarında ayrılır.

Bildirilir ki, müştəri istifadə etdiyi məbləği növbəti təqvim ayının 5-dək ödəyərsə, kreditə görə faiz hesablanmır. Bununla da faizsiz kreditin müddəti maksimum 35 gün təşkil edir. İstifadə olunan məbləğ növbəti ayın 5-dək ödənilməsə, növbəti gündən etibarən borc qalığı məbləğinə illik 20-24 faiz dərəcəsi ilə faiz hesablanacaq.

azertag.az