Bank faizləri artdı | Banco.az

Bank faizləri artdı

Rusiyanın  Mərkəz Bankı neftin  qiymətinin aşağı düşməsi,  Qərbin tətbiq etdiyi sanksiyalar səbəbiylə hər gün dəyərdən düşən rublu qorumaq üçün  faiz artımına gedib.

Bu barədə qərar Mərkəz Bankın  pul siyasəti toplantısında verilib. Bank rəhbərliyi faiz nisbətlərini 1,5 bal  artıraraq 9,5 faizə yüksəldiblər. Halbuki proqnozlar 0,5 faizlik artım ətrafında idi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, rubl ilin ortasından bəri ağırlaşan sanksiyalar və aşağı neft qiymətləri səbəbiylə dollar qarşısında 20 faiz dəyərini  itirib. Mərkəz Bank  rublun dəyər itkisini önləmək üçün son bir ayda bazara 27 milyard dollar təqdim edib.

Faiz artımı qərarına baxmayaraq, rublun dəyər itkisi  davam edir.

Publika.az