Bank əmanətlərinin sığorta sistemi "VTB Bank"ı qane etmir | Banco.az

Bank əmanətlərinin sığorta sistemi "VTB Bank"ı qane etmir

Azərbaycanda əhalinin bank əmanətlərinin sığorta sisteminin təkmilləşdirilməsinə zərurət var.

"VTB Bank (Azərbaycan)" ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.

“Bu gün mövcud olan əmanətlərin sığorta sistemi 2015-2016-cı illərdə müşahidə olunmuş böhran vəziyyəti üçün uyğundur. Bu gün sistem bazarın tələblərinə tam cavab vermir və təkmilləşdirilməsinə ehtiyac var”, - deyə o, bu gün mətbuat konfransında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Sədrin sözlərinə görə, faiz dərəcələri üzrə maksimum tavanın yaradılması ötən illərdə effektiv idi. “Lakin bu gün qorunan əmanətin maksimum məbləğini müəyyən etmək lazımdır. Bu, müştərilərə bank seçimi zamanı daha diqqətli olmağa imkan verəcək və sektorda rəqabəti daha da yaxşılaşdıracaq”, - deyə Y.Kirin qeyd edib.

02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla tam sığortalanır və tam kompensassiya olunur.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et