Bank əmanətlərinin həcmi azalıb | Banco.az

Bank əmanətlərinin həcmi azalıb

Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, banklara ümumi depozit qoyuluşu 1 ay ərzində cəmi 0,1% və ya 18 mln. manat azalıb. Hal-hazırda cəmi depozitlərin miqdarı 18 213,6 mln. manat dəyərindədir.

Cəmi depozit bazasının valyutalar üzrə strukturuna əsasən, avqustun 1-nə manatla müddətsiz depozitlər aylıq müqayisədə 106,2 mln. manat və ya 5,2% azalaraq 1 925,4 mln. manat, müddətli depozitlər isə 48,2 mln. manat və ya 1,6% azalaraq 2 954,3 mln. manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Xarici valyutada olan qeyri-rezidentlər və dövlət idarəetmə orqanları da daxil olmaqla müddətsiz depozitlər son bir ayda 195,7 mln. manat və ya 6% artaraq avqustun 1-nə 3 465,7 mln. manat, müddətli depozitlər isə 59,3 mln. manat və ya 0,6% azalaraq 9 868,1 mln. manata bərabər olub.

Son bir ildə isə cəmi əmanət qoyuluşu 3655,50 mln. manat artıb. Yəni 2014-cü ilin avqust ayında əmanət qoyuluşunun həcmi 14558,1 mln. manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et