Azərbaycan Mərkəzi Bankı(AMB) bölgələr üzrə qoylan əmanətlərin həcimini açıqlayıb.
2018-ci ilin 1 avqust tarixinə ölkə üzrə qoylan əmanət yerli və xarici valyuta ilə birlikdə 8 milyard 49,5 milyon manat olub.
Əmanətlərin 7,4 milyard manatı və ya 93,3%-i banklara Bakı şəhərində qoyulub.
İkinci sırada 184,4 milyon manat, yəni 2,3%-ilə Abşeron iqtisadi rayonu durur. Qeyd edək ki, Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəricisi hesabatda yer almır.
Banklara qoylan cəmi əmanətlərin orta faiz dərəcəsi 4,1% təşkil edib. Amma manat və dollar əmanətlərinin faiz ldərəcəsi arasında kəskin fərq var. Belə ki, manat üzrə əmanətlərin orta dərəcəsi 7,5%, dollarda isə illik 2,1% təşkil edir.
Əmanətlərdə ən yüksək orta faiz dərəcəsi 6,5% ilə Lənkəran iqtisadi rayonu, ən az orta faiz dərəcəsi isə 1,9% ilə Naxçıvanın payna düşür. İqtisadi rayonlar üzrə kredit göstəriciləri və orta faiz dərəcəsi aşağdakı cədvəldə göstərlib.
Bölgələr | Depozitin həcmi (milyon manat) | Orta faiz dərəcəsi |
Bakı şəhəri | 7 432,3 | 4,0% |
Abşeron | 184,4 | 6,3% |
Gəncə-Qazax | 133,2 | 5,8% |
Aran | 105,6 | 4,5% |
Quba-Xaçmaz | 50,3 | 6,2% |
Lənkəran | 45,0 | 6,5% |
Naxçıvan | 38,0 | 1,9% |
Şəki-Zaqatala | 36,0 | 3,8% |
Dağlıq Şirvan | 15,5 | 5,2% |
Yuxarı Qarabağ | 8,9 | 4,4% |
Kəlbəcər-Laçın | 0,0 | 0,0% |
Fed.az