Bank əmanətini necə seçmək lazımdır? | Banco.az

Bank əmanətini necə seçmək lazımdır?

 

Pul pul gətirər.

Əmanət müqaviləsinin şərtlərindən asılı olaraq, yerləşdirdiyiniz depozitin gəlirləri fərqli olacaqdır.  Həmçinin siz vəsaiti vaxtından əvvəl çıxardığınız halda sizi nə gözlədiyini bilməli, mütəmadi olaraq, əmanəti artırmaq istəyib-istəmədiyinizə qərar verməlisiniz.


1. Məbləğ məsələsində qəti olun.

Əmanətin gəlirləri onun həcmindən asılıdır. Adətən banklar iri məbləğlərə daha yüksək faizlər təklif edir. İlik məbləğ nə qədər az olarsa, faizlər də aşağıdır. Lakin onu da nəzərə alın ki, dövlətin sığortaladığı məbləğdə depzoitin həcmi 30 min manatdan yüksək olmalı deyil, sığortalanan depozitlərin faizi isə 9%-ə qədərdir.

Amma bir şəxs bir neçə bankda eyni məbləğdə də depzoit yerləşdirə və bununla da depozitinin sığortalanmasına nail ola bilər. Bu həm də riskləri diversifikasiya etməyə imkan verir.

2. Yüksək faizlər axtarırsınız?

Təbii ki, bu sizin depoziti yerləşdirmə niyyətinizə bağlıdır. Əgər məqsəd pullaırnızı sadəcə inflyasiyadan qorumaqdırsa, aşağı faizli, etibarlı bankları seçə bilərsiniz. Yüksək gəlir isə sizi yüksək faizli, lakin riskli və sığortalamamış depzoitlərin yanına aparacaq. Ancaq faizlərdən asılı olmayaraq, etibar etdiyiniz bir bank seçməlisiniz və ən yaxşısı etibarlı banklar arasında ən çox gəlir təklif edəni seçməkdir.

İstənilən bir insan banka saxlamaq üçün həvalə etdiyi puldan gəlir əldə etmək istiyər. Ona görə seçim edərkən faiz dərəcələri ən vacib şərtdir. Məntiq başadüşüləndir –faiz yüksəkdirsə, gəlirlər də çoxdur.

3. Valyuta seçimi.

Hazırda banklar milli valyutada olan əmanətlərə görə daha çox gəlir təklif edir, lakin dollar da AZN-dən çox geri qalmır. Bizimkilər dolları çox sevir. Müxtəlif bankların təqdim etdiyi multivalyuta depozitlərinə də nəzər sala bilərsiniz. Yüksək inflyasiya və qeyri-stabil iqtisadi təzahürlər zamanı belə yığımların sahibi itkiyə yol vermir.

Ən sərfəli kredit üçün müraciət et

4. Uzunmüddətli əmanətlərə etibar edin..

Pulların saxlanma müddəti nə qədər çox olarsa, onların faizləri və gəlirləri də bir o qədər yüksəkdir. Indi banklar ən fərqli şərtlərlə depozit məhsulları təklif edirlər. Xüsusi ilə də yığım əmanətləri daha perspektivli görünür. Əmanətləri 3 aydan 5-ilə qədər qoymaq mümkündür. Uşaq əmanətlərində isə bu müddət daha da uzundur.

Lakin nəzərə alın ki, əmanəti müddətdən əvvəl çıxardıqda faiz gəlirlərinizin bir hissəsini itirəcəksiniz. Müddətli əmanətləri müddətsiz, yəni tələbli əmanətlərlə səhv salmayın, tələbli əmanətləri siz bankdan istədiyiniz anda çıxara bilirsiniz və buna görə də bank həmin əmanət üçün sizə öncədən minimum gəlir təklif edir.

5. Şərtlərə aydınlıq gətirin.

Depozitin gəlirliyi seçilmiş funksiayalardan asılı olur. Məsələn, yığım əmanətlərində əmanəti artırmaq imkanı və ya əmanətin bir hissəsini çıxarmaq mümkün olan əmanətlər,  əmanəti cash in ilə artırmaq və ya online artırmaq imkanı, hesablara internet vasitəsi ilə nəzarət. Funksiyaların çoxluğu əmanət faizlərini aşağı da sala bilər.

Pulunuz  bol olsun və onu etibarlı banklara etibar edin. 

Könül Soltanova, konu[email protected]