Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi
İş barədə məlumat:
- Bankın struktur bölmələrində proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemləri həll edir.
- Proqram və texniki vasitələrin işlək vəziyyətdə olması və işin ahənginin pozulmaması üçün məsuliyyət daşıyır.
- Proqram və texniki vasitələrin İT departamentinin qaydalarına və prosedurlarına uyğun olaraq quraşdırır və bankın struktur bölmələrinə təhvil verir.
- Proqram və texniki vasitələrin quraşdırılmasında ıştirak edir.
- İT "Help Desk"-də bankın struktur bölmələrində ortaya çıxan problemlərin qeydiyyatını aparır, problemlərin həlli yollarını tapır, çətinliklərlə rastlaşdıqda departamentin başqa şöbələrinin mütəxəssislərini cəlb edir.
Namizədə tələblər:
- Ali təhsili;
- İngilis və rus dili bilikləri;
- İT sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Sərbəst düşünmə və qərar vermə qabiliyyəti;
- Kompüter texnologiyaları sahəsində biliklərə malik olmalı;
- Stressə davamlılıq, komandada işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni azərbaycan dilində [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!