Bank BTB Sürətli sənədləşmə ilə ipoteka kreditləri təklif edir | Banco.az

Bank BTB Sürətli sənədləşmə ilə ipoteka kreditləri təklif edir

Bank BTB Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına 100.000 AZN-dək ipoteka kreditləri təklif edir. İpoteka kreditinin şərtlərinə əsasən banka müraciət edən müştərilər  25 il müddətinə illik 8% dərəcəsi ilə şəxsi ev sahibi ola bilərlər. Şərtlərə əsasən ilkin ödəniş məbləği alınan əmlakın bazar dəyərinin minimum 20%-i həcmində olmalıdır.

Bank BTB ASC-nin İpoteka krediti məhsulunun  əsas üstünlüyü rəsmiləşdirilmə prosesinin sürətli olmasıdır. Belə ki, müştəri tərəfindən tələb olunan sənədlər vaxtında təqdim edildiyi təqdirdə Bank tərəfindən 1 həftə ərzində ipoteka ktediti rəsmiləşdirilərək, alınan əmlakın alqı-satqısı həyata keçirilə bilər. İpoteka krediti üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti, iş yerini və gəlirlərini təsdiq edən sənədlər, əmək müqaviləsi və ya əmək kitabçasının təsdiqlənmiş sürəti, ipoteka predmetinin qiymətləndirmə aktı aiddir.  

Ən sərfəli kredit üçün müraciət et

Ev sahibi olmaq istəyən şəxslər öncə https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçib, ərizə formasını doldurmaqla Bank BTB-ya müraciət edə bilərlər. İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet saytından http://www.amf.az/az/ və ya Bank BTB-nin rəsmi internet saytından www.btb.az tanış ola bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et