“Bank BTB” nizamnamə kapitalını 28% artırır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Bank BTB” nizamnamə kapitalını 28% artırır

“Bank BTB” ASC-nin 14,45 mln. manatlıq öhdəliyi I dərəcəli kapitala çevriləcək.

Bu barədə Bankdakı mənbə bildirib.

Onun sözlərinə görə, bununla da “Bank BTB”nin nizamnamə kapitalı 27,8% artaraq 52 mln. manatdan 66,45 mln. manata yüksələcək. Bankın dövriyyədə olan, hər biri 1 000 manat nominal dəyərə malik səhmlərinin sayı isə 52 mindən 66,45 minə çatacaq. 

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Mənbə: Report.az