"Bank BTB"-nin rəhbərliyi dəyişir | Banco.az

"Bank BTB"-nin rəhbərliyi dəyişir

“Bank BTB” ASC-nin İdarə Heyətinin (İH) sədri Samir Qocayev işdən çıxıb. Bu barədə Bankdakı mənbə bildirib.

Məlumata görə, onun yerinə təyinat olsa da, yeni sədrin adı Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırıldıqdan sonra açıqlanacaq. Hazırda “Bank BTB”-yə müvəqqəti olaraq İH-nin sədr müavini Rüfət Abbasov rəhbərlik edir.

İH ilə yanaşı, Bankın Müşahidə Şurasında və Audit Komitəsində də dəyişikliklərin olduğu bildirilir. Qeyd edək ki, yanvarın 27-də "Bank BTB"-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda kredit təşkilatının idarəetmə orqanları ilə bağlı məsələlər müzakirə predmeti olub. Rəhbər şəxslərlə bağlı qərarların da həmin toplantıda qəbul edildiyi deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et