Bank BTB-nin Mastercard sahiblərinə Masterpass xidməti | Banco.az

Bank BTB-nin Mastercard sahiblərinə Masterpass xidməti

Bank BTB-dən Mastercard əldə etmiş hər bir müştəri indi ödənişlərini hesab.az-da Masterpass xidmətindən istifadə edərək rahat həyata keçirə biləcək.

Qeyd edək ki, Masterpass™ Mastercard-ın qlobal istifadə olunan tək toxunuşlu və təhlükəsiz ödəniş həllidir. Mastercard tərəfindən təhlükəsiz saxlanılan kart məlumatınızı yalnız bir dəfə Masterpass™-a əlavə edərək xidmətdən daim istifadə edə bilərsiniz. Bunun üçün:

1. Hesab.az saytına (www.hesab.az) və ya mobil əlavədə həsabınıza daxil olun. Hesabınız yoxdursa həsab yaradın.

2. İstədiyiniz ödənişi seçin. Kart məlumatlarınızı daxil etdikdən sonra “Mən kartımı Masterpass™-a əlavə etmək istəyirəm” seçimini edin  və “Ödəniş et” düyməsini basın.

Ən sərfəli kredit üçün müraciət et

3. Bununla da ödənişiniz başa çatır və kartınız Masterpass™-a əlavə edilir. Hesab.az saytında növbəti dəfə ödəniş etdiyiniz zaman qeydiyyatdan keçmiş kartlarınız avtomatik olaraq görünəcək.

Həmçinin, Mastercard-dan Masterpass™-la qeydiyyatdan keçməklə hesab.az saytında başlayan eksklüziv endirim kampaniyalardan faydalanmaq şansı da əldə edirsiniz.

Əgər hələ də Bank BTB-dən Mastercard-nız yoxdursa sifariş etməyə tələsin: http://bit.ly/MC-sifarish

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtbwww.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və Instagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et