Bank “BTB”-nin 1-ci rüb üzrə maliyyə göstəriciləri açıqlanıb. Ötən illin müsbət dinamikası bu dəfə də bankın bütün göstəriciləri üzrə artmaqdadır.
Beləliklə, 2025-ci ilin ilk 3 ayı ərzində bankın xalis mənfəəti 814 min manata çatmışdır. Bankın xalis faiz gəlirləri 2024-cü ilin 3 ayının yekunları ilə müqayisədə 14% artaraq 3.3 milyon manat, qeyri-faiz gəlirləri 40% artaraq 1.5 milyon manat, xalis əməliyyat mənfəəti isə 28% artaraq 1.2 milyon manat təşkil etmişdir.
Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2025-ci ilin əvvəlində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 42 müştəriyə 4 231 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 364 985 min manat həcmində kreditlər rəsmiləşdirmişdir.
2025-ci ilin 1-ci rübünün sonuna Bankın məcmu kapitalı 52 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 22 % təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bankın ani likvidlik əmsalı isə 146 % təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.