Bank BTB "Neftçilər günü" peşə bayramı münasibəti ilə kampaniya elan edir | Banco.az

Bank BTB "Neftçilər günü" peşə bayramı münasibəti ilə kampaniya elan edir

Bank BTB "Neftçilər günü" peşə bayramı ilə əlaqədar olaraq güzəştli kredit kampaniyası elan edir.  Sentyabr ayının 20-dən Oktyabr ayının 20-dək 1 ay müddətində SOCAR bütün əməkdaşları Nağd Pul krediti məhsulunu sərfəli şərtlərlə alacaqlar.

Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3000 manatadək kreditlər, 0 faiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5000 AZN-dır.

 Güzəştli və zaminsiz “Nağd pul” kreditini bank BTB-nın baş ofisindən və bütün filiallarından almaq olar.  Qeyd üçün bu gün Bank BTB 10 filial, 7 şöbə və baş idarənin nəzdində Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

Kampaniya haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az  və ya bankın www.facebook.com/bankbtb  ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.