Bank BTB mənfəətini kəskin artırdı | Banco.az

Bank BTB mənfəətini kəskin artırdı

BTB Bank 2014-cü il III rüb üzrə maliyyə hesabatlarını açıqlamışdır.

Banco.az saytı BTB Bank`ın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bankın aktivləri bir il ərzində 18.5% artaraq 138.7 mln manat olmuşdur. Aktivlərin artımının əksinə olaraq müştərilərə verilən kreditlərdə azalma müşahidə olunmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kreditlərin həcmi 6.8 mln manat azalaraq 99.8 mln manat olmuşdur.

BTB Bank`dan onlayn şəkildə kredit sifariş etmək üçün Kredit sifarişi bölməsinə daxil ola bilərsiniz.

Ən böyük artım isə nizamnamə kapitalının həcmində baş vermişdir. Belə ki, bir il ərzində nizamnamə kapitalı 21 mln manat artaraq 44.8 mln manat təşkil etmişdir. BTB Bank Mərkəzi Bank tərəfindən məcmu kapitala qarşı qoyulan tələbi yerinə yetirən banklardandır. Belə ki, BTB Bank`ın məcmu kapitalının həcmi 54.181 mln manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə depozitlərin həcmi 27.1% artaraq 54.3 mln manata bərabər olmuşdur.

Bank həmçinin, baş verəcək risklərin qarşısını almaq üçün adi və məqsədli  ehtiyatların həcmini də artırmışdır. Belə ki, əgər ötən il baş verəcək zərərlərin ödənilməsi ayrılan ehtiyatın həcmi 2.9 mln manat təşkil etmişdisə, cari ildə bu göstərici 63.9% artaraq 4.7 mln manata bərabər olmuşdur.

BTB Bank cari ilin III rübü üzrə 4.9 mln manat xalis mənfəət qazanmışdır. Qeyd edək ki, bu, 30.09.2014 tarixinə olan maliyyə göstəricisinə nisbətən 30.9% çoxdur. Bankın faiz gəlirləri 20.8% artaraq 13.2 mln manat təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 16.3% azalaraq 3 mln manat təşkil etmişdir. Artım həmçinin bankın faiz və qeyri-faiz xərclərində də müşahidə edilmişdir. Belə ki, bank faiz xərcləri 5.6 mln manat, qeyri-faiz xərcləri isə 6.7 mln manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə uyğun olaraq 10.5% və 11.5% çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et