Bank BTB maliyyə nəticələrini AÇIQLADI - mənfəətdədir | Banco.az

Bank BTB maliyyə nəticələrini AÇIQLADI - mənfəətdədir

Bank “BTB” ASC–2017 ci il üzrə maliyyə nəticələrini açıqlayıb. Bankdan "banco.az"a verilən məlumata görə, 31 dekabr 2017-ci il tarixinə bankın aktivləri 268770.34  min manat təşkil edib ki, bu da ötən il ilə müqayisədə 11.29%  artım deməkdir. Müştərilərə verilən kreditlərin həcmi də 7.4 % artaraq 154688 min manat təşkil etmişdir. Ilin sonuna bankın xalis mənfəəti 687 min manat təşkil etmişdir. Bankın kapitalı əhəmiyyətli dərəcədə artaraq 66450 min manata çatdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.