Bank “BTB” maliyyə göstəricilərini açıqlayıb | Banco.az

Bank “BTB” maliyyə göstəricilərini açıqlayıb

Cari ilin birinci rübünün sonunda bankın faiz gəlirləri 5 238.75 min  manat, faiz xərcləri isə  2 865.91 min manat təşkil edib. Eyni zamanda, qeyri-faiz gəlirləri 1 401.65 min manat, qeyri-faiz xərcləri isə 3 495.67  min manat olub.

Bankın kredit portfeli 171 280.30 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.57 % artım deməkdir. Bankın aktivləri isə 291 087.54 min manat təşkil edib

Ən sərfəli kredit üçün müraciət et

Bankın depozit portfeli 82 487.18 min manat təşkil edir. Depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 24.84 % artmışdır.

Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 52 887.64 min manat təşkil etmişdir.