Bank “BTB” ASC Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
Proqramlaşdırma şöbəsinin aparıcı mütəxəssisi
İş barədə məlumat:
- Tədbiqi proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara hər zaman və təcili xidmət göstərir.
- Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirir.
- Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin edir.
- Tədbiqi proqramlar üzrə bankdaxili treyninqlər keçirir.
- Şöbə rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibatı ilə məşğul olur.
- Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirir.
- Məlumat mübadiləsi və hesabatların maksimum dərəcədə avtomatlaşdırılmış şəkildə həyata keçirilməsi işini görür.
- Şöbə rəhbəri tərəfindən verilmiş tapşırıqları yerinə yetirir.
Namizədə tələblər:
- Ali təhsil.
- Visual studio 2010 C#, pl-sql, asp.net, oracle forms-da iş bacarığı.
- Proqramlaşdırılma sahəsində 3 ildən artıq iş təcrübəsi.
- МS SQL arxitekturasını və sorğu dilini bilmək.
- Maliyyə və bank sahəsində iş təcrübəsi.
- Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi.
- İngilis və rus dili bilikləri.
- Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı, məsuliyyət.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Yanvar, 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Proqramlaşdırma şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.