Bank BTB ilin yarısını necə başa vurdu? | Banco.az

Bank BTB ilin yarısını necə başa vurdu?

Bank BTB cari ilin birinci yarısına olan maliyyə nəticələrini açıqlayıb.

Banco.az portalı bankın maliyyə nəticələrinə istinadən xəbər verir ki, bankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq, 235 mln 67 min manata yüksəlib.

2016-cı ilin İyunundan bəri, kredit portfelində artım təxminən oxşar, 27% həcmində olub. Kredit portfelinin 2017-ci ilin tən yarısına olan həcmi 115 mln 128 min manat təşkil edib. Bu dövr ərzində bankın cəmi kapitalında isə 4% azalma qeydə alınıb. Bankın balans hesabatına əsasən balansı kapitalının miqdarı 39 mln 16 min civarında formalaşıb. Bankın məcmu kapitalının həcmi isə 53 mln 168 min manatdır

Depozit portfelində də artım qeydə alınıb, portfelin həcmi 61 mln 53 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bank cari ilin əvvəlindən bəri 6 mln 738 min manat faiz gəliri əldə edib. Faiz xərclərinin miqdarı 4 mln 642 min manat təşkil edib. Beləliklə bankın xalis  faiz mənfəəti 2 mln 97 min manat olub, həmçinin bank 1 mln 614 min manat həcmində qeyri faiz gəlirləri qazanıb. Lakin bankın qeyri faiz xərcləri daha üstün yəni 7 mln 627 min manat olub. Beləliklə bank  3 mln 916 min manat əməliyyat zərərinə uğrayıb, lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına olan ayırmalardan 4 mln 38 min manat geri qaytarıldığından bank yekunda zərərdə olmayıb və xalis mənfəəti 122 min manat təşkil edib. 

Hesabat dövrünün sonuna  pul və pul ekvivalentlərin qalığı 53 mln 980 min 711,88 manat təşkil edib.

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et