Bank BTB-dən 7.5% ilə biznes krediti | Banco.az

Bank BTB-dən 7.5% ilə biznes krediti

Bank BTB Sahibkarlığın İnkişafı Fondu ilə birgə kiçik və orta bizneslə məşğul olan sahibkarlara dəstək olmağa davam edir. Belə ki, SİF-in dəstəyi ilə verilən biznes kreditləri 7.5%-lə, 12 ay güzəşt müddəti olmaqla 3 ilədək təklif olunur. Layihə üzrə kreditlərin  maksimum məbləği 3 mln AZN təşkil edir.

Qeyd edilən biznes krediti pandemiyadan zərər çəkmiş şəxslərə təqdim edilir. Nəzərinizə çatdıraq ki, Bank BTB layihə çərçivəsində sahibkarlara 5 mln AZN-ə yaxın kredit vermişdir.

Güzəştli kredit əldə etmək istəyən şəxslər Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et