Bank BTB bayram günlərində də müştərilərə yüksək xidmət göstərəcək | Banco.az

Bank BTB bayram günlərində də müştərilərə yüksək xidmət göstərəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının Novruz bayramında bankların gücləndirilmiş iş rejimində xidmət göstərilməsinə dair tövsiyəsi ilə Bank BTB-nın altı şöbəsi müştərilərə pul köçürmələri, valyuta mübadiləsi və digər xidmətləri göstərəcəklər.

Belə ki, 18-26 mart tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 38, m 10 ünvanında yerləşən "Gənclik-1" şöbəsində 9 gün ərzində müştərilərə depozit, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və digər xidmətlər üzrə hər gün saat 9:00-dan 19:30-dək yüksək səviyyəli xidmət göstəriləcək.

Əlavə olaraq “Gənclik 2”, “28 may”, “2 saylı” və yeni açılmış “Inşaatçılar” şöbələri də xüsusi hazırlanmış qrafik əsasında xidmət edəcəklər. Bayramlarda şöbələrin iş qrafiklərini aşağıda ki cədvəldən, rəsmi saytdan www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd üçün: Bank BTB ASC 2010–cu ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofislə yanaşı 10 filialı, 7 şöbəsi və 20 bankomatı var.

Ən sərfəli krediti almaq üçün müraciət et